Yuxarı

Şuşada möhtəşəm Novruz şənlikləri təşkil edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşada möhtəşəm Novruz şənlikləri təşkil edildi

Azərbaycan xalqının tarixində, mədəniyyətində, adət-ənənələrində özünəməxsus yeri olan Novruz bayramı 19 mart tarixində Şuşa şəhərində yüksək təntənə ilə qeyd edilib.

Axar.az xəbər verir ki, “Şuşa Bbaharı" adlı bayram tədbiri Şuşada Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə təşkil edilib.

Bayram tədbirlərində Şuşada Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, xüsusi nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, Şuşa sakinləri, ictimaiyyət nümayəndələri və şəhərə təşrif buyuran qonaqlar iştirak ediblər.

Şuşa şəhər 1 nömrəli tam orta məktəbində təşkil edilən tədbirdə şagirdlərin hazırladıqları maraqlı kompozisiyalar, şeirlər, musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.

Güllü bağda bayram yarmarkasında Şuşa sakinləri tərəfindən dadlı və ləzzətli təamlar, Novruz şirniyyatları, əl işləri təqdim edilib.

“Şuşa baharı" adlı konsert proqramında istedadlı Şuşa sakinlərinin, məktəblilərin ifasında mahnı və rəqslər hər kəsin marağına səbəb olub.

Respublikanın xalq artistl Nazpəri Dostəliyevanın və müğənnilər Azad Şabanovun, Namiq Qasımovun ifaları böyük rəğbətlə qarşılanıb.

Tarix
2026.03.20 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla