Yuxarı

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna edilən dəyişikliklərə əsasən, ali tibb ixtisaslı çağırışçılar öz arzuları ilə bir il "leytenant" hərbi rütbəsində hərbi həkim olaraq xidmət edəcəklər.

Tibb ixtisaslı gənc əsgərlərə Milli Müdafiə Universitetində (MMU) təşkil ediləcək 30 günlük ilkin hazırlıq kursunda hərbi intizam qaydaları, silahdan istifadə, eləcə də hərbi tibb xidmətində tətbiq olunan sənədləşmə və tibbi qeydiyyat qaydaları tədris ediləcək.

Bundan başqa, zabit vəzifələrində xidmət etdikləri dövrdə hərbi həkimlər aylıq məvaciblə təmin olunmaqla hərbi qulluqçular üçün qanunla nəzərdə tutulmuş bütün hüquqlardan, eləcə də ailə tərkibi nəzərə alınmaqla dövlət tərəfindən ödənilən mənzil kirayəsi əvəzinə pul kompensasiyası və digər təminatlardan yararlanacaqlar.

Hərbi həkimlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə onların sosial təminatı və ərazi prinsipi üzrə xidmət etmələri də nəzərə alınacaq. Bu yanaşma onların yaşayış və məskunlaşma məsələlərinin daha rahat həllinə imkan yaradacaq.

Müddətli həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra hərbi həkimlər öz seçimlərinə uyğun olaraq kadr zabit kimi xidmətlərini davam etdirə və yaxud ehtiyata buraxıla bilərlər.

Tarix
2026.03.20 / 15:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla