İrandan Suriya ilə bağlı bəyanat...
18:57
Ana səhifə Siyasət |
Avropa Birliyi (AB) iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə böyük önəm verir. Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi çox yaxşı haldır. AB-nin yüksək səviyyəli nümayəndə heyəti COP29 tədbirində iştirak edəcək.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin Gürcüstandakı səfiri Pavel Gerçinski Azərtac-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Avropa Birliyi bütün planet üçün vacib olan məsələlərin həllinə kömək göstərməyə çalışacaq.
Səfir belə bir mötəbər tədbirə - COP29-a ev sahibliyi etdiyi üçün rəsmi Bakıya təşəkkür edib və uğurlar arzulayıb.
Tarix
2024.11.03 / 15:19
|
Müəllif
Axar.az
|