Yuxarı

Sandudan öndədir: Bu türk prezidenti ola bilər - Dosye

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sandudan öndədir: Bu türk prezidenti ola bilər - Dosye

Xəbər verdiyimiz kimi, Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda sabiq baş prokuror Aleksandr Stoyanoğlu və hazırkı Prezident Maya Sandu mübarizə aparır.

Axar.az xəbər verir ki, Aleksandr Stoyanoğlu səslərin 90%-nin sayılmasından sonra cüzi üstünlüklə (50,81%) irəlidədir.

A.Stoyanoğlu (Aleksandr Stoyanoglo) 3 iyun 1967-ci ildə anadan olub, etnik qaqauzdur, Moldova və Rumıniya vətəndaşlığı var. Stoyanoğlu rumın, rus, qaqauz və türk dillərində danışır.

1992-ci ildə hüquq fakültəsini bitirib və Qaqauz Elində prokuror işləyib. O, 2009-2014-cü illərdə Moldova parlamentinin üzvü olub, 2019-cu ildə isə Moldovanın baş prokuroru təyin edilib. 2020-ci ildə Maya Sandu onu vəzifədən kənarlaşdırıb.

5 oktyabr 2021-ci ildə Stoyanoğlu korrupsiya ittihamı ilə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

2023-cü ildə Avropa İnsan Haqları Məhkəməsi Stoyanoğlunun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna qərar verib. 2024-cü ilin fevralında Kişinyov məhkəməsi ona bəraət qərarı çıxarıb.

O, 2024-cü il Moldova prezident seçkilərinə Sosialistlər Partiyasının dəstəyi ilə qatılıb. Oktyabrın 20-də keçirilən seçkilərdə qalib müəyyən edilmədiyindən 3 noyabrda prezident seçkilərinin ikinci turu keçirilib.

hazırda səslərin sayılması davam edir.

Tarix
2024.11.04 / 00:55
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla