Yuxarı

Sərnişin danışdı: Təyyarə Xəzərə eniş edəcəkdi, son anda...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:28

Biz Bakıdan səhər uçduq. Artıq Qroznıya eniş etməyə hazırlaşırdıq.

Axar.az xəbər verir ki, bu sözləri təyyarə qəzasından sağ çıxan sərnişin Toğrul Cəfərov deyib.

Sərnişin bildirib ki, hər şey yolunda idi:

“Mən həmin vaxt yuxulayırdım. Yəqin təyyarə buludların arasında olanda bir az silkələndiyi barədə məlumatlısınız. Təyyarə də o cür möhkəm silkələndi, ardınca da bərk partlayış səsi gəldi.

Ancaq təyyarə vaxtında çatmağına baxmayaraq, Qroznı hava limanına eniş etmədi. Sonra da ikinci partlayış səsi gəldi və təyyarə yenə bərk silkələndi. Hər iki partlayış səsinin təyyarənin müxtəlif hissələrindən gəldiyini xatırlayıram. Düşünürəm ki, həmin anlarda Qroznuya eniş etmək imkanı olmasına baxmayaraq, partlayışa görə eniş edə bilmədi.

Təyyarə 90 dəqiqəyə yaxın havada fırlandı. Qazaxıstanın Aktau hava limanına eniş etmək istəyirdi, hətta biz limanı görürdük. Ancaq ora da eniş etmədi. Daha sonra stüardessalar bizə oturacaqlarımızın altında olan xilasedici jileti geyinməyimizi tapşırdı, çünki təyyarəni suya düşürməyi planlaşdırırdılar.

Amma son anda təyyarəni suya salmadılar, stüardessalar bizə, “Xilasedici jiletləri soyunun, buna ehtiyac qalmadı. İndi köməklik göstəriləcək və biz Aktauya eniş edəcəyik”, - dedi.

O anları xatırlayıram, hər kəs canının qorxusundan qışqırırdı. Kəlmeyi-şəhadət deyənlər, ölümünü gözləyən şəxsləri görürdüm. Dəhşət idi.

Hiss etdim ki, biz artıq eniş edirik. Birinci təyyarənin burun hissəsi yerə dəydi. Həmin görüntüləri də sosial şəbəkələrdə aydın şəkildə izləmək olar. Mən təyyarənin orta hissəsində əyləşmişdim, arxa tərəfdə olan sərnişinlərdən bir nəfər oradan məni sağ çıxardı. Daha sonra mən də kömək etdim, bir neçə nəfəri çıxarmağa çalışdıq. Qəzada baş hissəm yarılmış, təyyarənin içində çox çırpıldığım üçün bədənim əzilmişdi. Qəzadan dərhal sonra köməyə çox adam gəldiyini xatırlayıram. Bizi təcili tibbi yardım maşınları xəstəxanaya apardılar. Aktau xəstəxanasında da yaralılara çox yaxşı xidmət göstərdilər”.

Tarix
2024.12.27 / 11:45
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - Foto

Rusiya gizlətməyə çalışır – məsələyə Türkiyə qarışdı

Quterreşin müavini Azərbaycana başsağlığı verdi

Dubaydan Moskvaya uçan təyyarə Bakıya eniş etdi - Təcili

Həyatında ilk dəfə təyyarəyə mindi, onda da qəzaya düşdü

Qardaş Azərbaycanın yanındayıq - Hakan Fidan

Anladıq, yanlışlıqla vurublar: bəs, niyə enişə izn verməyiblər?

Rus ekspert: Şübhəsiz ki, təyyarəni Rusiya vurub!

Rusiya XİN təyyarə qəzası ilə bağlı bu xəbəri təkzib etdi

Təyyarə buna görə qəzaya uğrayıb - AZAL

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla