Yuxarı

Zəngəzurla bağlı İrəvanın mövqeyi dəyişibsə, elan etsin

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzurla bağlı İrəvanın mövqeyi dəyişibsə, elan etsin

Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən razılaşdırılmış məsələdə İrəvanın rəsmi mövqeyi dəyişibsə, bu, ölkənin suveren hüququ olaraq qalır, lakin Ermənistan bu barədə müvafiq səviyyədə rəsmi bəyanat versəydi, daha düzgün olardı.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi əmindir ki, qeyd olunan formatda hərtərəfli qarşılıqlı əlaqənin tezliklə bərpası təkcə Cənubi Qafqazın nəqliyyat-logistika sisteminin modernləşdirilməsinə və onun Avropa ilə Asiya arasında irimiqyaslı yük daşımalarına inteqrasiyasına kömək etməyəcək, həm də Ermənistanın və bütün regionun sosial-iqtisadi inkişafının mühüm amili olacaq.

M.Zaxarova həmçinin xatırladıb ki, üç ölkənin liderləri arasında əldə edilmiş razılaşmaların tam şəkildə həyata keçirilməsinə Qərb ölkələrinin destruktiv təsiri mane olur:

"Bildiyiniz kimi, həqiqətən də çox mühüm olan bu məsələnin həlli üçün 2020-2022-ci illər ərzində əldə edilmiş ən yüksək səviyyəli üçtərəfli razılaşmalara uyğun olaraq, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması üzrə ixtisaslaşmış üçtərəfli işçi qrupu yaradılıb.

Bu işçi qrup çərçivəsində qarşılıqlılıq və suverenlik prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında nəqliyyat marşrutlarının həm hüquqi əsaslarının, həm də texniki parametrlərinin razılaşdırılması istiqamətində böyük işlər görülüb. Bəli, biz Qərb ölkələrinin destruktiv təsirini görürük. Bundan başqa, Ermənistan hakimiyyətinin mövqeyi bəzən, hətta tez-tez bizdə suallar doğurur".

Tarix
2025.03.27 / 16:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Sülh Sammiti ilə bağlı paylaşım - Foto

Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi - Video

Pakistan prezidenti Sahibə Qafarovanı qəbul etdi

Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Trampın İlham Əliyev barədə diqqətçəkən sözləri - Video

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Yaxın Şərqdə sülh! Tarix yazılır! - Hacıyev

Fələstinli satqınları dəhşətli ölüm gözləyir

İlham Əliyevlə Makronun səmimi görüşü - Video

İlham Əliyev Trampla görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla