Yuxarı

İlham Əliyev Alparslan Bayraqdarı qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Alparslan Bayraqdarı qəbul etdi

11:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdarı qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi, o cümlədən hidrokarbonatlar və elektrik enerjisi sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, bunun gələcəkdə daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğu qeyd edildi. SOCAR ilə Türk Petrolları və BOTAŞ arasında əməkdaşlıq müsbət qiymətləndirildi, bu birgə fəaliyyətin gələcəkdə Azərbaycan, Türkiyə və digər ölkələrdə həyata keçirilməsi məsələsi müzakirə olundu. Elektrik enerjisinin ixracı məsələsinə toxunuldu, bu xüsusda SOCAR-ın artıq Türkiyəyə satışlar həyata keçirdiyi vurğulandı.

Bu gün “AzərEnerji” ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) arasında Naxçıvandan 75 meqavat həcmində elektrik enerjisinin ixracı ilə bağlı imzalanacaq sənədin əhəmiyyəti qeyd edildi, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı memorandumun imzalanacağı bildirildi.

Tarix
2025.04.04 / 15:27
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla