Yuxarı

Onların başında şəxsən Makron dayanır – Bayramov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Türkiyə başda olmaqla, dost ölkələrin dəstəyi sayəsində Qərbin planlarını puç edib.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya Qarabağ probleminin həlli üçün heç bir əməli addım atmayıb:

“İşğala son qoyulması üçün Ermənistana heç bir təzyiq göstərilməyib, işğalçıya və işğaldan əziyyət çəkənə eyni cür yanaşılıb. İkinci Qarabağ müharibəsi ilə problem həll edildikdən sonra işğalla bağlı 30 ildir heç bir fəaliyyət göstərməyən Qərb ölkələri Azərbaycana təzyiq göstərməyə başlayıb. Öz ərazi bütövlüyünü təmin etdiyi üçün Azərbaycanı cəzalandırmağa çalışırlar. Onların başında Fransa və şəxsən Emmanuel Makron dayanır. BMT Təhlükəsizlik Şurasında müzakirələr keçirərək, Azərbaycanı cəzalandırmaq istədilər. Avropa Birliyində Azərbaycana sanksiya tətbiq etməyə çalışdılar”.

Nazir söyləyib ki, bu səylərin heç biri uğurlu olmayıb:

“ABŞ-da da demokratların iqtidarı dövründə Ermənistana dəstək göstərilib və 30 il ərzində işğalçıya heç nə deməyiblər. Azərbaycan ərazi bütövlüyünü təmin edəndə cəzalandırmağa və təzyiq göstərməyə çalışıblar. Amma yeritdiyimiz müstəqil xarici siyasət, başda qardaşımız Türkiyə olmaqla birlikdə dost ölkələrin dəstəyi sayəsində Qərbin planları puç olub”.

Tarix
2025.04.13 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Zərifə Əliyevanın anım günüdür

Məhkəmədə Robert Köçəryan ifşa olundu

Sərhəddə yaşayan ermənilər “ağlaşır”: Minalar qırdı…

Bakı ilə heç vaxt bu qədər yaxın olmamışıq - Mirzoyan

Əliyev sadə yolla Qərbə hər şeyi başa saldı - Boçorişvili

Bakıya dəstək verməyə hazırıq - Rəvançi

Kavelaşvili Bakıya iki azərbaycanlı deputatla gəlir

Əli Əsədov BƏT-in baş direktoru ilə görüşdü

Xanlar Vəliyev kollektivə təqdim edildi

Bayramov Yulius Praneviçlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla