Yuxarı

İlham Əliyev qazaxıstanlı həmkarına zəng etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev qazaxıstanlı həmkarına zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevə zəng edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Qasım-Jomart Tokayevə ad günü münasibətilə təbriklərini çatdıraraq, ona möhkəm cansağlığı və prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Prezidenti Qasım-Jomart Tokayevin rəhbərliyi altında Qazaxstanın dayanıqlı inkişafını və beynəlxalq səviyyədə nüfuzunun artdığını vurğulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələr arasında dostluğa və qardaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə edib və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.

Tarix
2025.05.17 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla