Yuxarı

Kallas Bakı-İrəvan münasibətlərindən danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kallas Bakı-İrəvan münasibətlərindən danışdı

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionunda davamlı sülhə yol aça bilər.

Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu gün İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

O vurğulayıb ki, AB Bakı və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyişi yüksək qiymətləndirir.

"Bu gün biz nazir Mirzoyanla Ermənistan-Azərbaycan münasibətlərini də müzakirə etdik. Aİ iki ölkə arasında suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında münasibətlərin normallaşmasını qətiyyətlə dəstəkləməyə davam edir. Bu üç prinsipə alternativ yoxdur. Biz ikitərəfli münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyiş bizi sevindirir və ruhlandırır, çünki Ermənistan və Azərbaycan arasında münasibətlərin yaxşılaşması regionda davamlı sülhə yol aça bilər", - K.Kallas qeyd edib.

Tarix
2025.06.30 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla