Yuxarı

Direktora ağır ittiham: səs yazısı yayıldı... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunun Yuxarı Şilyan kəndində yerləşən uşaq bağçasında tərbiyəçi müəllim kimi çalışan Şəbnəm İsayeva iddia edir ki, bağçanın müdir əvəzi Emin Orucov onu saxtakarlığa təhrik edərək, məktəbəqədər təhsil müəssisəsinə gələn uşaqların sayını artıq yazmağı tələb edib.

Axar.az xəbər verir ki, iddialarla bağlı müəllim müdir əvəzinin səs yazısını “Xəzər Xəbər”ə təqdim edib.

Şəbnəm İsayevanın sözlərinə görə, o, Emin Orucovun tələbini yerinə yetirməyib. Elə bu səbəbdən onların arasında problem yaşanıb.

Şəbnəm İsayeva iddia edir ki, deyilənləri etmədiyinə görə ona şidətli töhmət verilib.

Məsələyə aydınlıq gətirmək üçün Yuxarı Şilyan kənd tam orta məktəbinin direktoru, eyni zamanda bağça və körpələr evinin müdir əvəzi Emin Orucovla əlaqə saxladıq. Suallarımızı dinlədikdən sonra bu məsələ ilə bağlı heç bir açıqlama verməyəcəyini bildirib.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Ucar rayonu, Yuxarı Şilyan kənd uşaq bağçası-körpələr evi ilə bağlı yayılan səs yazısında əks olunan iddialarla bağlı məsələ İdarə tərəfindən nəzarətə götürülüb. Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir və nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Daha ətraflı süjetdə:

Tarix
2025.07.29 / 23:11
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Polşada azərbaycanlı tələbəyə hücum: Səfirliyə zəng etsəm də...

İsrailin yeni səfiri Bakıda - Video

Corc Dikin missiyası başa çatdı: Unudulmaz 6 il...

Səudiyyə kralı və vəliəhdi Azərbaycana dəvət olundu

Azərbaycan-Gürcüstan sərhədində problem?.. - Tiflisdən açıqlama

Ayxan Hacızadə iranlı səfirlə görüşdü

Nazir Sahil Həmidova yeni vəzifə verdi

Dünya daha da parçalanıb, tərəqqi isə azalıb - Qafarova

Əliyevin bu səfəri ilə yeni tarixi mərhələ açıldı - Mey

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla