Yuxarı

“AzerGold” qadınlarla bağlı maarifləndirici seminar keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AzerGold” QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı ilə “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” layihəsi çərçivəsində növbəti maarifləndirici seminar təşkil edilib.

Tədbirin məqsədi “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən kəndlərdə yaşayan qadınların əmək bazarına inteqrasiyasına dəstək göstərmək, onların məşğulluq imkanları barədə məlumatlandırılmasını təmin etmək və yerli əmək resurslarının səmərəli istifadəsinə töhfə verməkdir.

Seminarda iştirak edən qadınlara Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramları – peşə hazırlığı, özünəməşğulluq proqramı, həmçinin mövcud vakansiyalar və işəgötürənlərlə əməkdaşlıq imkanları haqqında geniş məlumat təqdim olunub. Eyni zamanda, “AzerGold” QSC tərəfindən həyata keçirilən sosial layihələr, regionda icmaların inkişafına yönəlmiş təşəbbüslər və qadınların iqtisadi cəhətdən gücləndirilməsi istiqamətində görülən işlər seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, onlara “AzerGold” QSC-nin elektron işə qəbul sistemi, vakant yerlər üzrə namizədlərin imtahan üsulu ilə əmək fəaliyyətinə cəlb edilməsi, eyni zamanda Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi xidmətlərdən istifadə imkanları barədə geniş bəhs olunub, qadınların bu xidmətlərdən yararlanmaları üçün zəruri məsləhətlər verilib.

Qeyd edək ki, “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” layihəsi 2023-cü ildən etibarən icra edilir. Layihə çərçivəsində təlimlərdə iştirak etmiş və Dövlət Məşğulluq Agentliyinə rəsmi müraciət etmiş qadınlardan 2 nəfəri müvafiq peşə üzrə işlə təmin edilib. Bundan başqa, 4 nəfər özünüməşğulluq proqramı çərçivəsində Qadın gözəllik salonu zərfi üzrə aktivlərlə təmin olunub, daha 7 nəfər növbəyə alınıb.

Tarix
2025.08.19 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev Türkiyə səfiri ilə sülh prosesini müzakirə etdi

Sabah 18 kənddə qaz olmayacaq

Paşinyan Pezeşkianı azərbaycanca salamladı - Video

Həmişə Ermənistanı müdafiə etmişik... - Pezeşkian

Azərbaycan və Nepal XİN başçıları danışdı

Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq

İlham Əliyev Cared Koheni qəbul etdi

İrəvan və Tehran dəhliz məsələsini müzakirə etdi

Azərbaycan strateji körpü rolunu oynayır - Mirziyayev

Konspirasiya nəzəriyyələri iflasa uğradı - Paşinyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla