Yuxarı

"Azərsun Holdinq” bu təşəbbüsləri dəstəkləməyə davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə növbəti dəfə keçirilən “Tullantıları hədiyyələrə dəyiş” adlı festivalın əsas dəstəkçilərindən biri də “Azərsun Holdinq”dir.

Uğurla başa çatan sosial layihənin əsas məqsədi tullantıların qarşısının alınması, təkrar emalın təşviqi, resurslardan səmərəli istifadə və ictimaiyyət arasında ekoloji maarifləndirmənin artırılmasıdır.

Layihə çərçivəsində təkrar emal üçün batareyalar, plastik və şüşə təhvil verən şəhər sakinləri müxtəlif ekoloji hədiyyələrlə mükafatlandırılıb.

Cari ildə artıq 5-ci dəfə keçirilən bu təşəbbüs böyük marağa səbəb olub və vətəndaşların fəal iştirakı ilə yadda qalıb.

Festival çərçivəsində uşaqlar üçün əyləncəli və maarifləndirici master-klasslar təşkil olunub.

Həmçinin , iştirakçılara tullantıların düzgün çeşidlənməsi ilə bağlı praktiki biliklər öyrədilib.

“Azərsun Holdinq” olaraq ətraf mühitin mühafizəsinə yönəlmiş bu cür təşəbbüslərə dəstək verməkdən məmnunluq duyuruq.

Davamlı inkişafa və ekoloji dəyərlərin qorunmasına verdiyimiz önəmi fəaliyyətimizin ayrılmaz hissəsi hesab edirik və gələcəkdə də bu istiqamətdə atılan addımlara fəal şəkildə qatılmağa davam edəcəyik.

Tarix
2025.08.27 / 11:21
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Rusiya ilə münasibətlərin korlanmasından danışdı

Axı, necə belə nankor olmaq olar?!

Bu yolu zorla ələ keçirə bilərdik, amma dayandıq... - Prezident

Deyirdilər ki, Azərbaycan Zəngəzuru işğal edəcək...

Ermənistanı anlatmaq üçün çox vaxt sərf etdik... - Prezident

Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev

O prezidentlə eyni qanı daşıyırıq - Əliyev

Zəngəzur dəhlizi İrandakı Şimal dəhlizinə dəstək olacaq

Türkiyə ilə İsrail arasında münasibətlər daha gərgindir

Əliyev Şara ilə görüşündən danışdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla