Yuxarı

Azərbaycanda torpaq sürüşməsi oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astarada güclü leysan nəticəsində torpaq sürüşməsi baş verib.

Axar.az APA-ya istinadən xəbər verir ki, cənub bölgəsində yağıntılı hava şəraiti çaylarda suyun səviyyəsini artırıb.

Leysan xarakterli yağış Astara rayonunda bir sıra fəsadlar törədib. Ucqar dağ kəndlərində sel suları yollara, körpülərə zərər vurub. Niləşə kəndində isə torpaq sürüşməsi baş verib. Təqribən 100 metrə yaxın torpaq sürüşüb.

Kənd sakini Günay Ruhşanovaya məxsus həyətyanı sahə torpaq qatı altında qalıb.

Siyəkü kənd bələdiyyəsinin sədri Ramin Dədəyev bildirib ki, sözügedən ərazi meşə massividir və meşə təsərrüfatına aiddir. Vətəndaşın müraciəti əsasında həmin əraziyə baxış keçirilib və sürüşmə barədə aidiyyəti üzrə məlumat verilib.

Bələdiyyə sədri onu da bildirib ki, dağlardan gələn sel suları irigövdəli qurumuş ağacların qol-budaqlarını, torpaq qatını gətirərək, bəzi körpülərin, suötürücü boruların qarşısını kəsib.

Hazırda onların təmizlənməsi işləri görülür.

Tarix
2025.09.22 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

III Bakı Təhlükəsizlik Forumu keçirildi - Video

Bakı və İrəvanın ŞƏT-ə üzvlüyü... – Alimov

Şahin Mustafayev İrana getdi

AB buna görə Azərbaycana 23 milyon ayırır

SOCAR Adnana görə nə qədər ziyan ödəyəcək? - Şok rəqəm

Muradov erməni jurnalistin suallarını cavablandırdı - Video

Müharibə zamanı İrəvana silah göndərən Məhərrəmov kimdir?

Brayzadan Zəngəzurla bağlı açıqlama

Azərbaycan nümayəndə heyəti İrəvanda – Səbəb

Emin Prezidentə və bu nazirə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla