Yuxarı

Bakıda ağır qəza: ölən var - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:50

Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qəza səbəbindən Mikayıl Əliyev küçəsi istiqamətində nəqliyyatın hərəkətinə qısa müddətlı məhdudiyyət tətbiq edilib. Hazırda mərkəz istiqamətində sıxlıq yaranıb.

Polis əməkdaşları tərəfindən nəqliyyatın hərəkətini bərpa etmək üçün zəruri tədbirlər görülür.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Babək prospektində “Babək” körpüsü üzərində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Şevrolet Aveo” markalı minik avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və vətəndaş deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 1996-cı il təvəllüdlü Məmmədli Allahverdi Məmməd oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Tarix
2025.09.24 / 10:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev onlara müraciət ünvanladı

Sərhədlər bu xəritə üzrə çəkiləcək - Sərkisyan

Mehriban Əliyeva Əliyevin Trampla dialoqunu paylaşdı - Video

Bu şəxslər üçün Cibutiyə viza rejimi ləğv edildi

İlham Əliyev Aleksandr Stubbla görüşdü

İlham Əliyev keniyalı həmkarı ilə görüşdü

İlham Əliyev və xanımı BMT-nin qərargahına gəldi - Video

Serbiya Milli Assambleyasının sədri Azərbaycana gəldi

Əli Əsədov türkiyəli nazirlə görüşdü

Rusiyada azərbaycanlılar saxlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla