Yuxarı

Qüdsi Osmanov bu konfransda iştirak etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov sentyabrın 24-25-də Rumıniyanın Konstansa şəhərində keçirilən “South East Europe EPC & Infrastructure” adlı konfransda iştirak edib.

Axar.az xəbər verir ki, diplomat çıxışında Asiya ilə Avropa arasında nəqliyyat və logistika layihələrinə toxunub, xüsusilə Orta Dəhliz layihəsinin əhəmiyyətini qeyd edib.

O, həmçinin daşımaları optimallaşdırılması və regional əməkdaşlığı gücləndirilməsi məqsədilə logistika proseslərinin rəqəmsallaşdırılması istiqamətində Azərbaycanda aparılan islahatlardan danışıb.

Tədbir “Creative Communication” şirkəti tərəfindən CAIR (Rumıniya Sahibkarlar və İnvestorlar Konfederasiyası), ACUE (Enerji Kommunal Şirkətləri Federasiyası), PATRES (Bərpa Olunan Enerji İstehsalçılarının İşəgötürənlər Təşkilatı), PSC (Tikinti Şirkətləri İşəgötürənlər Assosiasiyası), BRCCBU (Birləşmiş Millətlər Birliyi), UNTRR (Rumıniyadan Yol Daşıyıcıları) və USER (Rumıniya Ekspeditorlar Assosiasiyaları İttifaqı) ilə birgə təşkil olunmuşdur.

Tədbirdə Rumıniyanın dövlət qurumlarının nümayəndələri, biznes assosiasiyalarının rəhbərləri, Konstansa limanının nümayəndələri, diplomatlar və ictimai xadimlər iştirak ediblər.

Konfransda Konstansa limanının böyük infrastruktur və enerji layihələri üçün əsas qapı kimi strateji rolu vurğulanmış, sərhədyanı əməkdaşlığın və innovativ yanaşmanın vacibliyi bir daha təsdiq edilmişdir. Eyni zamanda, tədbir regionun davamlı iqtisadi inkişafı üçün ümumi məsələlərin həllinin tapılmasında dövlət qurumları və özəl sektorunun əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədi daşıyıb.

Tarix
2025.09.26 / 11:33
Müəllif
Axar.az
Digər xəbərlər

BMT sessiyası: İlham Əliyev paylaşım etdi - Video

İlham Əliyev əsl dostdur - Vuçiç

Suriyadan 7 azərbaycanlı ölkəmizə gətirildi

İlham Əliyev Berdiməhəmmədovu təbrik etdi

Konqresin 907-ci düzəlişi ləğv etməsi... - Prezident

İran, Azərbaycan və Rusiya üçtərəfli görüşə hazırlaşır

Şahin Mustafayev Bəndər Abbas limanında - Foto

Tramp Rusiyanı aşağıladı – Putinlə “anlaşıb”?

Bakının sülhlə bağlı son tələbi... – İrəvandan açıqlama

Adnan Əhmədzadənin vəkili, görün, kim imiş...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla