Yuxarı

“Azərsun Holdinq” maarifləndirici təlim təşkil edib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsun Holdinq” maarifləndirici təlim təşkil edib

“Azərsun Holdinq” ölkədə ilk inklüziv kafe olan “Kaşalata” ilə əməkdaşlıq çərçivəsində media nümayəndələri üçün maarifləndirici təlim təşkil edib.

Axar.az xəbər verir ki, tədbirin açılışında “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rza Məmmədov qonaqları salamlayaraq , şirkətin sosial məsuliyyət strategiyası çərçivəsində bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, bu layihə holdinqin həyata keçirdiyi sosial təşəbbüslərdən biridir.

“Biz ‘Kaşalata’ kafeyə məhsul dəstəyi göstərir, zəruri qida məhsulları ilə təmin edirik. Əsas məqsədimiz isə burada çalışan autizmli gənclərin cəmiyyətə inteqrasiyasına töhfə vermək, onların bacarıqlarını üzə çıxarmaq və layiqli əmək mühitində inkişaflarını dəstəkləməkdir.”

“Kaşalata” kafenin həmtəsisçisi və “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova kafenin yaranma tarixi və əsas məqsədi haqqında ətraflı məlumat verib.

O qeyd edib ki, bu layihə autizmli gənclərin əmək bazarına daxil olması və sosial mühitə uyğunlaşması üçün mühüm imkanlar yaradır:

“Autizmli gənclər üçün bu cür inklüziv iş yerləri onların potensialını gerçəkləşdirmək, bacarıqlarını nümayiş etdirmək və cəmiyyətin ayrılmaz bir hissəsi olduqlarını hiss etdirmək baxımından olduqca önəmlidir.”

Tədbirin növbəti hissəsində isə klinik psixoloq autizm nədir, onun yaranma səbəbləri, əsas əlamətləri və bu mövzu ilə bağlı cəmiyyətdə geniş yayılmış stereotiplər, yanlış təsəvvürlərlə bağlı məlumat verib.

Qeyd edək ki, “Azərsun Holdinq” illərdir davamlı şəkildə ölkədə inklüzivlik, sosial ədalət və rifahın artırılması istiqamətində mühüm addımlar atır.

“Kaşalata” ilə olan bu əməkdaşlıq da həmin təşəbbüslərin növbəti uğurlu nümunəsidir.

Tarix
2025.10.08 / 13:45
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya üç ölkəyə Xəzərdə birgə təlimlər keçirməyi təklif etdi

Azərbaycan və Oman 200 milyon dollarlıq fond yaratdı

TDT geosiyasi mərkəz statusuna yüksəlir

Azərbaycan, İran və Rusiya komandanları görüşdü

TDT dövlətləri birlikdə peyk istehsal edəcək

Prezident Qordan Yandrokoviçi qəbul etdi - Foto

Əliyev gözəl və əhəmiyyətli gediş etdi - Solonnikov

Rusiyada qeyri-adi fitva: Azərbaycanı hədəf aldılar

Əliyevin Putinə təbrik zəngi... - Naumov

Əliyevin Putinə zəngi Rusiyada rezonans doğurdu – Niyə?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla