Baş Prokurorluğun İstintaq İdarəsində qeyri-hökumət təşkilatları nümayəndələrindən Qalib Bayramovun (Qalib Toğrul) cinayət işi üzrə məhkəmə araşdırmasına start verilib.
Axar.az Unikal.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən QHT rəhbərinin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə Qalib Bayramov barəsində seçilmiş həbs olmayan qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması və işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Növbəti proses oktyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, QHT nümayəndələri vəzifə səlahiyyətlərindən sui-istifadə, cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakın leqallaşdırılması və qanunsuz sahibkarlıqa CM-nin 193-1.3.2-ci maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Onu da əlavə edək ki, Qalib Toğrul bir neçə ay əvvəl ev dustaqlığına buraxılan iqtisadçı Qubad İbadoğlunun və Milli Məclisin deputatı Vüqar Bayramovun qardaşıdır.