Yuxarı

Eşqi Bağırov icra başçısı olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eşqi Bağırov icra başçısı olacaq?

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırovun məcburi məzuniyyətə göndərildiyi barədə məlumat yayılıb.

Axar.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən Eşqi Bağırovun vəzifəsindən azad edilməsi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

Bununla yanaşı, Eşqi Bağırov haqqında yeni iddialar da ortaya çıxıb.

Belə ki, onun yaxın günlərdə Bakı şəhərinin rayonlardan birinə icra başçısı təyin olunacağı barədə xəbərlər dolaşır.

İddialarda bu rayonların Nəsimi, Səbail və ya Binəqədi ola biləcəyi yer alıb.

Qeyd edək ki, hazırda Səbail Rayon İcra Hakimiyyətinini başçısı Vuqar Zeynalovdur. O,Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Binəqədi RİH-ə isə Elxan Allahverdiyev başçılıq edir. E.Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə başçı vəzifəsinə təyin edilib.

Nəsimi rayon İcra Hakimiyyətinini başçısı vəzifəsi isə boşdur. Belə ki, sabiq başçı Asif Əsgərov 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Tarix
2025.10.17 / 20:58
Müəllif
Axar.az
Digər xəbərlər

Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi?

Qeyri-formal məşğul şəxslər belə müəyyən ediləcək - Nazir

Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yaydı

Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya

Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?

Estoniya Bakıda səfirliyini bu tarixdə açacaq

Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili

Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok

Mehdiyev oğlunu Patruşevlə tez-tez görüşdürürmüş - Şok foto

İlham Əliyev BƏƏ prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla