Yuxarı

Arvadının səhifəsi ilə narkotiki təbliğ edən bloger həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arvadının səhifəsi ilə narkotiki təbliğ edən bloger həbs olundu

Tiktok sosial şəbəkəsində həyat yoldaşına məxsus səhifədə narkotik vasitəni təbliğ edən video yayan bloger həbs edilib.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü, fərdi əmək fəaliyyəti ilə məşğul olan Elşad Etibar oğlu Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə protokol tərtib olunub.

Məlum olub ki, Elşad Hüseynov 12 oktyabr 2025-ci il tarixdə həyat yoldaşı ilə birgə narkotik vasitənin təbliğ olunduğu qlobal trend videosunu çəkib və xanımının Tiktok səhifəsində paylaşıb.

Elşad Hüseynov məhkəmədə videonu çəkərkən onun narkotik vasitələrdən istifadənin təbliği məqsədi daşımasından xəbərsiz olduğunu, sadəcə qlobal trend videosu olduğunu düşündüyünü, bloger olduqları üçün trendə qatılmaq məqsədi ilə çəkib paylaşdığını deyib. O, əməlindən səmimi peşmanlıq hissi keçirdiyini bildirib.

Məhkəmənin hökmü ilə Elşad Hüseynov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 20 gün həbs edilib.

Tarix
2025.10.23 / 14:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

İlham Əliyev Orbanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla