Yuxarı

5,2 milyon doza dabaq peyvəndi gətiriləcək - Məbləğ

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
5,2 milyon doza dabaq peyvəndi gətiriləcək - Məbləğ

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) dabaq (A.O. SAT 2) xəstəliyinə qarşı peyvənd vasitələrinin satın alınmasına çəkdiyi xərc açıqlanıb.

Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, AXA-nın tabeliyində olan Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi dabaq (A.O. SAT 2) xəstəliyinə qarşı peyvənd vasitələrinin satınalınması ilə bağlı avqustun 20-də elan etdiyi tenderi bu günlərdə yekunlaşdırıb.

Məlumata görə, satınalma müsabiqəsinin qalibi ölkəmizdə əczaçılıq məhsullarının idxalı və satışı ilə məşğul olan "Epidbiomed” şirkəti olub.

Şirkət 5,2 milyon doza peyvəndin satışına görə Agentliyə 3 milyon 452 min 800 manat ödəniş təklif edib. Hazırda satınalma razılaşma mərhələsindədir.

Xatırladaq ki, AXA bu ilin yanvarın 7-də Türkiyənin ŞAP İnstitutu tərəfindən dabaq xəstəliyinə qarşı istehsal edilən vaksinin satın alınmasına görə 4 milyon 326 min manat vəsait xərcləyib.

Tarix
2025.10.23 / 17:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

İlham Əliyev Orbanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla