Yuxarı

Qəzada ölən müğənni ilə bağlı yeni məlumat - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzada ölən müğənni ilə bağlı yeni məlumat - Video

11:30

Ötən gün avtomobil qəzası nəticəsində dünyasını dəyişən tanınmış müğənni Vlada Axundovanın ölümü ilə bağlı təfərrüat məlum olub.

Axar.az xəbər verir ki, Vlada Axundova sərnişin kimi mindiyi “Toyota” markalı, 01 CH 477 dövlət nömrə nişanlı avtomobildən enərkən arxadan gələn 2002-ci təvəllüdlü Seyfulla Mehdizadənin idarə etdiyi “Hunday Elantra” markalı 77 SJ 148 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi onu vurub.

Əldə etdiyimiz məlumata görə, 1988-ci il təvəllüdlü Vlada Axundova Moskvada Dövlət İdarəçilik Universitetinin hüquqşünaslıq fakültəsində təhsil alıb.

Atası gənc yaşlarında vəfat edib. Anasının isə 84 yaşı var.

Mərhum müğənni subay idi.

Vlada Axundovanın ifa etdiyi mahnılar müxtəlif platformalarda geniş yayılıb. Xüsusilə onun ifasındakı “Azərbaycan” mahnısı həddən artıq sevilirdi.

Tarix
2025.10.31 / 12:52
Müəllif
Axar.az
Digər xəbərlər

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?

Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verdi

Hər şeyi edəcəyik ki, Əliyev İrəvanda... - Simonyan

DTX-nin saxladığı başçının köməkçisi danışdı

Türk ölkəsində seçki: Rusiya “rusdilli əhali”dən narahatdır

Zəngəzur dəhlizinin tərkib hissəsi olan Həkəri... - Video

Azərbaycanlıların gəlməsində heç bir problemi yoxdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla