Yuxarı

Bakıda piyada keçidlərindəki eskalatorlar yenilənir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda piyada keçidlərindəki eskalatorlar yenilənir - Foto

Aparılan texniki baxışlar nəticəsində bir sıra keçidlərdə eskalatorlarda yaranmış mexaniki nasazlıqlar və istismar müddətini başa vurmuş detallar müəyyən edilib. Bununla əlaqədar, təmir və bərpa işlərinə başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, artıq bir neçə ərazidə eskalatorların təmiri yekunlaşıb, avadanlıqlar tam işlək vəziyyətə gətirilib və vətəndaşların istifadəsinə təqdim olunub. Hazırda digər keçidlərdə də mərhələli şəkildə bərpa işləri davam etdirilir.

Bununla yanaşı, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində şəhər üzrə bütün yeraltı və yerüstü piyada keçidlərində quraşdırılmış eskalatorların vəziyyəti ilə bağlı genişmiqyaslı monitorinqlər aparılır. Monitorinqlərin nəticələrinə əsasən, hər bir keçid üzrə texniki vəziyyətin qiymətləndirilməsi, eskalatorların yenilənməsi, müasir standartlara cavab verən avadanlıqlarla əvəzlənməsi və texniki xidmətin keyfiyyətinin artırılması istiqamətində təkliflər hazırlanır.

Görülən tədbirlər yeraltı piyada keçidlərində vətəndaşların təhlükəsiz, rahat və fasiləsiz hərəkətinin təmin edilməsinə, həmçinin şəhər nəqliyyat infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir.

Tarix
2025.11.13 / 18:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev “o məmurlar” deyəndə kimlərə işarə etdi?

Naxçıvanın “bağışlanan” ərazisi qayıda bilər? - “Qeyri-adi” proses...

Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur

Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir

Zəngəzur dəhlizinin açılması... - Prezident

İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi

Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...

Qəzadan sonra ərazidə yalnız bu ölkənin helikopteri olub...

Bütün hərbçilərin nəşi tapıldı

Lavrovdan sonra Peskov da yalvardı - Putinlə nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla