Yuxarı

Azyaşlıların pornoqrafik videolarını satanlar saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azyaşlıların pornoqrafik videolarını satanlar saxlanıldı - Video

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları Teleqram sosial şəbəkəsində fəaliyyət göstərən anonim kanallarda azyaşlılara məxsus pornoqrafik məzmunlu videomaterialların yayılması və onlayn yolla satılması hallarına qarşı əməliyyatlar keçirib.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, tədbir zamanı həmin kanalların adminləri - şərti adları Arif Muradov və Fərid Süleymanov olan iki nəfər kiberpolis tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılanlar Teleqram sosial şəbəkəsində kanallar yaradaraq, həmin profillərdə azyaşlıların iştirakı ilə çəkilmiş videomaterialların paylaşılmasını və onlayn satışını həyata keçiriblər.

Saxlanılan şəxslər pornoqrafik videoları satarkən müxtəlif insanların adına olan bank kartlarından istifadə ediblər. Onlar kartlarda toplanan pul vəsaitlərini sonradan nağdlaşdırıblar. Aşkar olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bir daha sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırırıq ki, azyaşlıların iştirakı ilə qeydə alınan və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətləri özündə əks etdirən videogörüntülərin yayımı və satışı cinayət məsuliyyəti yaradır.

Bu məzmunlu videoların yayımı və satışına qarşı əməliyyat-texniki tədbirlər davam etdirilir.

Tarix
2025.11.13 / 16:13
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur

Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir

Zəngəzur dəhlizinin açılması... - Prezident

İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi

Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...

Qəzadan sonra ərazidə yalnız bu ölkənin helikopteri olub...

Bütün hərbçilərin nəşi tapıldı

Lavrovdan sonra Peskov da yalvardı - Putinlə nə baş verir?

Şəhid olan türk pilotlar ailəmizin üzvüdür - İngilis pilot

Donald Tramp prezident seçiləndən sonra... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla