Yuxarı

Rusiyada tədbir: Azərbaycanın bu siyasəti örnək göstərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada tədbir: Azərbaycanın bu siyasəti örnək göstərildi

Moskvada Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasında (RANEPA) “Rusiyanın dövlət idarəçiliyi üçün elm” mövzusunda II beynəlxalq konfrans keçirilib.

Axar.az xəbər verir ki, konfransda Avrasiya məkanında əqli mülkiyyətin dövlət idarəçiliyində rolu haqqında məruzələr edilib və Azərbaycan Respublikasının əqli mülkiyyət sahəsindəki dövlət siyasəti xüsusilə örnək göstərilib.

Tədbirdə çıxış edən Rusiya Federasiyasının Əməkdar hüquqşünası, birinci dərəcəli dövlət müşaviri, Əqli Mülkiyyət üzrə Federal Xidmətin (Rospatent) sabiq rəhbəri, hazırda Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev Avrasiya məkanında əqli mülkiyyət məsələlərinin regional tənzimlənməsi ilə bağlı məruzəsində müəllif hüquqları və əlaqəli hüquqların, eləcə də sənaye mülkiyyəti hüquqlarının idarəçilik funksiyalarını cəmləşdirən, əqli mülkiyyət sahəsində dövlət siyasətini formalaşdıran və zəruri tədbirləri hazırlaya bilən vahid icra orqanının təsis edilməsinin vacibliyini vurğulayıb. Q.İvliyev Rusiyada belə bir vahid qurumun olmadığına diqqət yetirərək, bu sahədə Azərbaycan Respublikasının uğurlu təcrübəsindən yararlanmağı tövsiyə edib.

“Avrasiya məkanında əqli mülkiyyət məsələlərinin regional tənzimlənməsi” adlı məruzəsində o, Azərbaycan Respublikasını nümunə göstərərək, 2018-ci ildə Azərbaycanda yaradılan Əqli Mülkiyyət Agentliyinin əqli mülkiyyətin bütün sahələrində uğurlu idarəetmə təcrübəsindən söz açıb. Qriqori İvliyev Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun nüfuzlu beynəlxalq “Promışlennaya sobstvennost” (“Sənaye mülkiyyəti”) jurnalında dərc olunan “Müasir əqli mülkiyyət idarəsinin formalaşdırılması və fəaliyyəti haqqında” məqaləsinə istinad edərək bildirib ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı institusional islahatlar çərçivəsində əqli mülkiyyət fəaliyyətinin səmərəliliyini artırmaq və innovasiya prosesinə daxil etmək məqsədilə 2018-ci ildə ləğv olunan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdindəki Patent mərkəzi ilə Müəllif Hüquqları Agentliyinin birləşdirilməsi nəticəsində Azərbaycan Əqli Mülkiyyət Agentliyi yaradılıb. Beləliklə, əqli mülkiyyətin hər iki qolu idarə etmək üçün vahid qurum təsis olunub və bu, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə icra hakimiyyəti orqanlarına bərabər müstəqil status alıb.

“Azərbaycanın dövlət siyasətinin təcrübəsinə əsasən, əqli mülkiyyətin idarə edilməsi sistemi yaradılarkən, ənənəvi hüquqi anlayışla yanaşı, iqtisadi və sosial-mədəni aspektləri də əhatə edən əqli mülkiyyətin müasir anlayışını nəzərə almaq vacibdir və burada sənaye mülkiyyətinin və müəllif hüquqlarının tək bir çətir altında cəmləşməsinin zəruriliyi aydın görünür”, – deyə Q. İvliyev qeyd edib. Məruzəçi statistikaya istinad edərək bildirib ki, hazırda 98 ölkədə əqli mülkiyyət idarələri vahid bir qurum altında fəaliyyət göstərir: “Bunlardan 37 ölkədə əqli mülkiyyət idarələri daha yüksək statusa malik digər qurumlara daxil deyil və onlara tabe olmur. 37 inkişaf etmiş ölkə arasında Azərbaycan xüsusi yer tutur. Bu uğurlu təcrübə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar çərçivəsində Azərbaycanda əqli mülkiyyət sisteminin təkcə hüquqi funksiyaları deyil, həm də iqtisadi, sosial-mədəni funksiyaları yerinə yetirməsindən irəli gəlir”.

Tədbirdə həmçinin Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Çernışenko, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının rektoru Aleksey Komissarov, Rusiya Federasiyası Prezidentinin İcra Aparatının Prezident Kitabxanasının baş direktoru Yuri Nosov və başqaları iştirak ediblər.

Tarix
2025.11.13 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur

Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir

Zəngəzur dəhlizinin açılması... - Prezident

İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi

Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...

Qəzadan sonra ərazidə yalnız bu ölkənin helikopteri olub...

Bütün hərbçilərin nəşi tapıldı

Lavrovdan sonra Peskov da yalvardı - Putinlə nə baş verir?

Şəhid olan türk pilotlar ailəmizin üzvüdür - İngilis pilot

Donald Tramp prezident seçiləndən sonra... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla