Yuxarı

Prezident fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 277-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.13-2-ci (hər iki halda), 199.7-1-ci (hər iki halda) və 207.3-1-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 106.1.13-2-ci (hər iki halda), 199.7-1-ci (hər iki halda) və 207.3-1-ci (hər iki halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 106.1.13-2-ci, 199.7-1-ci və 207.3-1-ci maddələrində “sənaye parkı” dedikdə Qaradağ Sənaye Parkı, “sənaye parkının rezidenti” dedikdə isə gəmiqayırma fəaliyyəti ilə məşğul olan Qaradağ Sənaye Parkının rezidenti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 277-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289, (II kitab), maddə 1375; 2025, № 4 (I kitab), maddələr 331, 334, № 5, maddə 461, № 6, maddə 541, № 8, maddə 747) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bəndə “106.1.13-cü,” sözlərindən sonra “106.1.13-2-ci (hər iki halda),” sözləri, “199.7-ci,” sözlərindən sonra “199.7-1-ci (hər iki halda),” sözləri, “207.3-cü,” sözlərindən sonra “207.3-1-ci (hər iki halda),” sözləri əlavə edilsin və həmin bənddən “165.1.7-ci (hər iki halda),” sözləri çıxarılsın;

3.2. 1.2-ci bəndə “106.1.13-cü,” sözlərindən sonra “106.1.13-2-ci (hər iki halda),” sözləri, “199.7-ci,” sözlərindən sonra “199.7-1-ci (hər iki halda),” sözləri və “207.3-cü,” sözlərindən sonra “207.3-1-ci (hər iki halda),” sözləri əlavə edilsin;

3.3. 1.48-ci bənddə “164.1.28-ci və 165.1.7-ci” sözləri “106.1.13-2-ci, 164.1.28-ci, 199.7-1-ci və 207.3-1-ci” sözləri ilə əvəz edilsin.

4. Bu Fərmanın 1-ci və 3-cü hissələri 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Tarix
2025.11.13 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur

Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir

Zəngəzur dəhlizinin açılması... - Prezident

İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi

Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...

Qəzadan sonra ərazidə yalnız bu ölkənin helikopteri olub...

Bütün hərbçilərin nəşi tapıldı

Lavrovdan sonra Peskov da yalvardı - Putinlə nə baş verir?

Şəhid olan türk pilotlar ailəmizin üzvüdür - İngilis pilot

Donald Tramp prezident seçiləndən sonra... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla