Yuxarı

9 ildir axtarılan qadının qalıqları tapıldı - öldürülübmüş...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
9 ildir axtarılan qadının qalıqları tapıldı - öldürülübmüş...

Ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərin davamı olaraq, Cəlilabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2016-cı ilin aprel ayında itkin düşmüş Cəlilabad rayonu, Göytəpə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın qəsdən öldürülməsi müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Elnur Eynullayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəlilovanı döyməsi, daha sonra onu boğaraq qəsdən öldürməsi və cinayəti gizlətmək üçün basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Xəyalə Xəlilovanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

E.Eynullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

Tarix
2025.11.13 / 15:24
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir

Zəngəzur dəhlizinin açılması... - Prezident

İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi

Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...

Qəzadan sonra ərazidə yalnız bu ölkənin helikopteri olub...

Bütün hərbçilərin nəşi tapıldı

Lavrovdan sonra Peskov da yalvardı - Putinlə nə baş verir?

Şəhid olan türk pilotlar ailəmizin üzvüdür - İngilis pilot

Donald Tramp prezident seçiləndən sonra... - İlham Əliyev

Prezident bu kilsənin nümayəndə heyətini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla