Yuxarı

“Kontakt”a qarşı yayılan iddialar gerçəyi əks etdirmir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kontakt”a qarşı yayılan iddialar gerçəyi əks etdirmir

Son günlər mediada “Kontakt” mağazalarında satılan “Hoffmann” markalı məhsulların mənşəyi ilə bağlı şirkətimizə yönəlmiş bir sıra əsassız iddialar yayılıb.

Axar.az xəbər verir ki, “Kontakt” yayılan iddialara aydınlıq gətirib.

"Öncəliklə bildiririk ki, bu iddiaların heç biri həqiqəti əks etdirmir. Bununla əlaqədar, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şirkətimizlə bağlı qəbul etdiyi qərarından aidiyyəti orqana rəsmi qaydada şikayət təqdim etmişik.

Mağazalarımızda satılan “Hoffmann” məhsullarının istehsal ölkəsi barədə bütün məlumatlar həm satış prosesində, həm də rəsmi sənədlərdə açıq və düzgün göstərilir. Şirkətimiz heç vaxt Almaniya istehsalı ilə bağlı çaşdırıcı reklam və ya çağırışlardan istifadə etməyib və bu hal Agentliyin araşdırmanı aparan Komissiyasının qərarında da öz təsdiqini tapıb.

Qeyd edək ki, “Hoffmann” məhsulları Avropa bazarı üçün nəzərdə tutulsa da, istehsalı hazırda Türkiyədə, Özbəkistanda, həmçinin Apple, Samsung, LG və s. markalarda olduğu kimi, Çində də həyata keçirilir. Bu, qlobal sənaye praktikasının bir hissəsidir və biz bunu gizlətmirik. Müştərilərə təqdim etdiyimiz məlumatlarda və sənədlərdə istehsal ölkəsi tam şəkildə əks olunur", - açıqlamada deyilir.

Tarix
2025.11.19 / 09:22
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Ərdoğanla görüşmək üçün Ankaraya gəldi

Hacıyev Zəngəzur dəhlizinin hissəsi olan yoldan video paylaşdı

Bakıda mühüm forum keçirildi

Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı

İranda yaşam mücadiləsi: Rejim pulları hara xərcləyir? - Video

Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşdü

Ağdamın ağ günləri geri qayıdır

Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?

İlham Əliyev Latviya prezidentini təbrik etdi

Rusiya ilə gərginlik Bakını ABŞ-la yaxınlaşdırdı - Herbst

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla