Fidan danışıqların nəticələrini Rusiyaya deyəcək - KİV
11:50
| Ana səhifə Toplum |
|
Ələt-Astara magistral avtomobil yolunda yük avtomobili yanıb.
Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Salyan rayonu, Ələt-Astara magistral avtomobil yolunun 56-cı kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində MAN markalı yük avtomobilinin qoşqusunda baş vermiş yanğın genişlənərək digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində qoşqunun iki ədəd təkəri yanıb.
Yük avtomobili və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub.
|
Tarix
2025.11.19 / 10:22
|
Müəllif
Axar.az
|