Yuxarı

ADY rəsmiləri Çində beynəlxalq forumda iştirak etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADY rəsmiləri Çində beynəlxalq forumda iştirak etdi

Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) sədr müavini Arif Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin–Avropa Dəmir Yolu Ekspresinin II Beynəlxalq Əməkdaşlıq Forumunda (“China–Europe Express Railway Cooperation Forum”) iştirak edib.

Axar.az xəbər verir ki, bu forum Çin–Avropa marşrutu üzrə yükdaşımaların dayanıqlı inkişafına dəstək, Asiya və Avropa arasında nəqliyyat bağlantısının gücləndirilməsi, həmçinin “Kəmər və Yol” təşəbbüsünün inkişafı üçün əsas beynəlxalq müzakirə platformalarından biridir.

Forumda çıxış edən Arif Ağayev Azərbaycanın Çini təkcə strateji ticarət tərəfdaşı kimi deyil, həm də nəqliyyat və logistika sahəsində etibarlı müttəfiq kimi qiymətləndirdiyini bildirib. ADY sədrinin müavini qeyd edib ki, infrastruktur və multimodal layihələrin birgə həyata keçirilməsi regionlararası əlaqələrin möhkəmlənməsi, logistika proseslərinin sürətlənməsi, marşrutların şaxələndirilməsi və iştirakçı ölkələrin ixrac-idxal potensialının artırılmasına mühüm töhfə verir.

Forumda iştirakla yanaşı, ADY nümayəndə heyəti Çin Xalq Respublikasının “Cosco”, “Huawei” və “CCCC” şirkətlərinin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib, əməkdaşlıq perspektivlərini, regional yükdaşımalar və rəqəmsallaşma üçün atılacaq mümkün birgə tədbirləri müzakirə edib.

Tədbir çərçivəsində ümumi müzakirələr Çin–Avropa Dəmir Yolu Ekspresi dəhlizindən istifadə səmərəliliyinin artırılması, yükdaşıma həcminin genişləndirilməsi, müasir beynəlxalq logistika sisteminin formalaşdırılması, eləcə də Şərqlə Qərb arasında quru nəqliyyat əlaqələrinin təkmilləşdirilməsinə həsr olunub. İştirakçılar təhlükəsiz, dayanıqlı və rəqabətqabiliyyətli multimodal nəqliyyat marşrutlarının yaradılmasının “Kəmər və Yol” layihəsinin inkişafı üçün mühüm faktor olduğunu bildiriblər.

Forumun yekununda rəqəmsal məlumat mübadiləsi, tarif siyasətinin təkmilləşdirilməsi, infrastruktura investisiyaların artırılması, “yaşıl logistika” siyasətinin tətbiqi və s. istiqamətləri əhatə edən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yüksək keyfiyyətli inkişafı üzrə Birgə Təşəbbüs” sənədi imzalanıb.

Tarix
2025.11.19 / 11:43
Müəllif
Axar.az
Digər xəbərlər

Abramyan: Müharibədəki itkilərimiz milyardlarla ölçülür

Zəngəzur dəhlizinin statusu açıqlandı

Zelenski Ərdoğanla görüşmək üçün Ankaraya gəldi

Hacıyev Zəngəzur dəhlizinin hissəsi olan yoldan video paylaşdı

Bakıda mühüm forum keçirildi

Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı

İranda yaşam mücadiləsi: Rejim pulları hara xərcləyir? - Video

Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşdü

Ağdamın ağ günləri geri qayıdır

Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla