Yuxarı

ABB yeni korporativ saytını təqdim etdi!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB yeni korporativ saytını təqdim etdi!

Fəaliyyətini müasir çağırışlara uyğun daim təkmilləşdirən ABB daha bir yeniliyini təqdim edib. Bank yeni inkişaf konseptinə uyğunlaşdırılmış korporativ saytını istifadəyə verib. Müasir qlobal standartlara uyğun hazırlanmış sayt modern dizaynı, təkmil strukturu, istifadəsinin rahatlığı ilə fərqlənir.

Saytda bölmələrin sayı optimallaşdırılıb, lazımı məlumatların tapılması daha sadə, asan və sürətli olub.

Funksionallığına görə yeni saytı ABB-nin onlayn filialı da adlandırmaq mümkündür. Belə ki, burada ABB-nin müxtəlif çeşidli məhsul və xidmətləri barədə ətraflı məlumat almaqla yanaşı, bu məhsul və xidmətləri sayt üzərindən tam rəqəmsal təcrübə ilə sifariş vermək mümkündür. Fərdi müştərilər, bizneslər burada internet bankçılığın geniş imkanlarından faydalana bilərlər.

Müştəriləri ilə danışan bank – ABB-nin Virtual assistenti Bankın yeni saytında da 7/24 rejimində istifadəçilərin bütün suallarını cavablandırır, onlar kömək göstərir. Bankın xidmət və məhsullarından başqa, əsas strateji hədəfləri, mühüm yenilikləri, idarəetmə sistemi, investorlarla əlaqələri və s. barədə məlumatları, ABB-nin geniş hesabatlarını da saytdan əldə etmək mümkündür.

Yeni sayt müştəri məmnuniyyətinin artırılmasına, şəffaflığa, ABB-nin xidmət və məhsullarının əlçatanlığına, maraqlı tərəflərlə kommunikasiyaların daha da genişlənməsinə xidmət edəcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Tarix
2025.11.19 / 13:07
Müəllif
Axar.az
Digər xəbərlər

ADY sədrindən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

Abramyan: Müharibədəki itkilərimiz milyardlarla ölçülür

Zəngəzur dəhlizinin statusu açıqlandı

Zelenski Ərdoğanla görüşmək üçün Ankaraya gəldi

Hacıyev Zəngəzur dəhlizinin hissəsi olan yoldan video paylaşdı

Bakıda mühüm forum keçirildi

Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı

İranda yaşam mücadiləsi: Rejim pulları hara xərcləyir? - Video

Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşdü

Ağdamın ağ günləri geri qayıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla