Sabah bu rayonda qaz olmayacaq
15:20
| Ana səhifə Toplum |
|
Xarici vətəndaşların SİMA imza əldə etməsi üçün artıq texniki hazırlıq işlərinə start verilib.
Axar.az APA-ya istinadən xəbər verir ki, bunu IX Bankçılıq Forumunda çıxışı zamanı “AzInTelecom”un Məhsul və Xidmətlər Şöbəsinin rəhbəri Tamerlan Məşədihəsənli bildirib.
O deyib ki, Avropa, Asiya və Afrika ölkələrinin vətəndaşları xidmət istifadəyə veriləndən sonra Azərbaycana gəlmədən, sadəcə SİMA tətbiqini yükləyərək öz pasportu və ya milli şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə biləcəklər. O bildirib ki, məhsul hazırda test mərhələsindədir və sınaqlar uğurla tamamlandıqdan sonra xidmət tam funksional şəkildə istifadəyə təqdim olunacaq.
|
Tarix
2025.11.19 / 13:53
|
Müəllif
Axar.az
|