Yuxarı

Vergilərin artırılmasına dair iddialara cavab verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vergilərin artırılmasına dair iddialara cavab verildi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov hökumətin vergiləri artırmaqla büdcə gəlirlərini təmin etmək niyyətində olması ilə bağlı iddialara cavab verib.

Axar.az xəbər verir ki, bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azər Əmiraslanov deyib ki, bu fikirlər reallığı əks etdirmir.

“Büdcə daxilolmaları vergi yükünü artırmaq hesabına təmin edilsəydi, nə üçün cəmi 0,7 faiz artırdı? Məqsəd vergi yükünü artırmaqdırsa da, nə üçün dövlət tərəfindən növbəti ildə büdcə gəlirlərinin 17 faizi həddində yəni, 6,6 milyard manatlıq vergi-gömrük güzəşt və azadolmaları tətbiq edilir? Rəqəmlər də, hökumətin rəsmi açıqlamaları da göstərir ki, yeni büdcə zərfi vergi yükünün artırılmasını deyil, gəlir mənbələrini şaxələndirərək vergi bazasının genişləndirilməsini, kölgə iqtisadiyyatının daralmasını, vergi-gömrük təşviqləri vasitəsilə qeyri-neft sektorunun inkişafına təkan verilməsini nəzərdə tutur”, - deyə parlamentin komitə sədri qeyd edib.

Tarix
2025.11.19 / 12:58
Müəllif
Axar.az
Digər xəbərlər

ADY sədrindən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

Abramyan: Müharibədəki itkilərimiz milyardlarla ölçülür

Zəngəzur dəhlizinin statusu açıqlandı

Zelenski Ərdoğanla görüşmək üçün Ankaraya gəldi

Hacıyev Zəngəzur dəhlizinin hissəsi olan yoldan video paylaşdı

Bakıda mühüm forum keçirildi

Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı

İranda yaşam mücadiləsi: Rejim pulları hara xərcləyir? - Video

Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşdü

Ağdamın ağ günləri geri qayıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla