Yuxarı

Cəmi 156 min əhalisi var - DÇ-2026-ya vəsiqə qazandılar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəmi 156 min əhalisi var - DÇ-2026-ya vəsiqə qazandılar

Kurasao millisi tarixi bir uğura imza atıb.

Axar.az xəbər verir ki, komanda bunu DÇ-2026-da iştirak hüququ əldə etməklə bacarıb.

Kurasao millisi Şimali Amerika seçmə mərhələsinin 6-cı turunda Yamayka ilə qarşılaşıb və 0:0 hesablı heç-heçə edib. Nəticədə 2-ci qrupda mübarizə aparan komanda mundiala birbaşa vəsiqəni rəsmiləşdirib.

Belə ki, Kurasao yığması mundiala vəsiqə qazanan ən kiçik ölkə olub. Sözügedən ölkənin cəmi 156 min əhalisi var. Kurasao millisi bu göstəricidə İslandiyanın rekordunu qırıb.

Kurasao yığmasının hazırkı baş məşqçisi Dik Advokatdır. O, 2024-cü ilin yanvarından yığmanı çalışdırır. Lakin mütəxəssis Yamayka ilə görüşdə komandasının yanında ola bilməyib.

Həmçinin qeyd edək ki, bu yığma tarixində ilk dəfə mundialda çıxış edəcək.

Xatırladaq ki, Kurasao millisi ilə yanaşı, daha 36 komanda DÇ-2026-ya vəsiqə qazanıb. Bunlar Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Seneqal, Kot-d'İvuar, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Almaniya, Niderlanddır. ABŞ, Kanada və Meksika isə ev sahibləri kimi DÇ-2026 üçün birbaşa iştirak hüququ əldə ediblər.

Tarix
2025.11.19 / 11:09
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla