Yuxarı

Bu yolda dəyişiklik: 5,5 km getməyə ehtiyac yoxdur - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu yolda dəyişiklik: 5,5 km getməyə ehtiyac yoxdur - Video

Bakıda Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil edilir.

Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, Bakı şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir layihə icra edilir.

Qeyd edək ki, İnqilab İsmayılov küçəsindən Zığ şosesinə çıxmaq istəyən sürücülər 1 500 metr məsafə qət edərək Gəncə prospekti ilə kəsişmənin yaxınlığındakı geriyədönmə yerindən istifadə etməli olurlar. Əks istiqamətdə isə Zığ şosesindən İnqilab İsmayılov küçəsinə daxil olmaq istəyən nəqliyyat vasitələri Hövsan şosesindəki dairəyə kimi 5,5 km izafi nəqliyyat yürüşü etməklə, yaxud Gəncə prospektində yaşayış binalarının daxili yollarından istifadə edir. Bu da həmin yolların yüklənməsinə səbəb olur.

Layihəyə əsasən, Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil edilir. Təhlillərin nəticəsinə əsasən, İnqilab İsmayılov küçəsinin Zığ şosesi ilə kəsişməsində Zığ qəsəbə sakinlərinin yola birbaşa çıxışını təmin etmək məqsədilə dəmir konstruksiyalı arakəsmələr götürülərək işıqforların quraşdırılması ilə nizamlanan yol kəsişməsi yaradılır.

Layihənin icrası ilə ərazidə nəqliyyat vasitələrinin hərəkəti asanlaşacaq.

Tətbiq ediləcək dəyişikliklər barədə videoçarxda tanış ola bilərsiniz:

Tarix
2025.11.20 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa edi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla