Yuxarı

"Kapital Bank"la bu fond memorandum imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Kapital Bank"la bu fond memorandum imzaladı

"Kapital Bank" gənclərin təhsili və peşəkar inkişafına dəstək göstərmək istiqamətində fəaliyyətini genişləndirməkdə davam edir.

Bu çərçivədə Təhsil Tələbə Kredit Fondu ilə Kapital Bank arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi "Kapital Bank"ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova və Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov imzalayıblar.

Memorandumun əsas məqsədi tələbələrin bilik və bacarıqlarının artırılması, onların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına dəstək göstərmək və gənclərin karyera perspektivlərini genişləndirməkdir. Əməkdaşlıq çərçivəsində tələbələr "Kapital Bank"ın müxtəlif struktur bölmələrində istehsalat təcrübəsi və xüsusi təcrübə proqramlarında iştirak etmək imkanı əldə edəcəklər. Bu təşəbbüs tələbələrə real iş və biznes mühitində fəaliyyət göstərmək, müasir bankçılıq prosesləri və idarəetmə prinsipləri ilə yaxından tanış olmaq imkanı yaradacaq.

Memorandum çərçivəsində həmçinin "Kapital Bank"ın aparıcı mütəxəssisləri tərəfindən təşkil olunacaq təlim və inkişaf proqramlarına çıxış nəzərdə tutur. Tələbələr üçün keçiriləcək seminar və vörkşoplar onların şəxsi və peşəkar inkişafına töhfə verəcək, bank sektorunun iş prinsipləri, müasir trendlər və innovativ yanaşmalar barədə biliklərini daha da zənginləşdirəcək. Bu əməkdaşlıq "Kapital Bank"ın gənclərin təhsilinə və inkişafına dəstək missiyasının davamı olmaqla yanaşı, ölkənin əmək bazarında daha rəqabətqabiliyyətli və hazırlıqlı kadrların yetişdirilməsinə də mühüm töhfə verəcək.

Ölkənin birinci bankı "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Tarix
2025.11.24 / 18:29
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkəni təbrik etdi

Kamran Əliyev həmkarını Bakıya dəvət etdi

Üç nəfərin öldüyü yanğın: vəzifəli şəxs həbs olundu

Azərbaycan və Türkiyə GİA-ya rəhbərlik edəcək - AB

Ceyhun Bayramov İtaliyaya səfər etdi

Şəhid ailələri üçün olan binadan Əli Həsənova ev verilib

"Söyüş blogerləri"nin sponsoru Adnan imiş - Sensasion iddia

Trampın 28 bəndlik planında yeganə qalib: Qazanan kimdir?

Şuşada mühüm tədbir keçirildi

Bakıda bununla bağlı forum keçirildi – İlk dəfə

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla