Yuxarı

Bulvar İdarəsi bunlara yarım milyon xərcləməyi planlaşdırır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bulvar İdarəsi bunlara yarım milyon xərcləməyi planlaşdırır

"Dənizkənarı Bulvar İdarəsi" Publik Hüquqi Şəxsi ağaclar, kol bitkiləri və ot örtüyü (qazon), eyni zamanda zanbaq (tülpan) soğanaqları alacaq.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, idarə bununla bağlı toplamda 480 min 610 manat vəsait xərcləməyi planlaşdırır.

Ağacların, kol bitkiləri və ot örtüyü (qazon), eyni zamanda zanbaq (tülpan) soğanaqlarının alınması ilə bağlı iki tender elan edilib.

Qeyd edək ki, cari ildə Dənizkənarı Bulvar İdarəsi 8 satınalma müqaviləsi bağlaıb.

Həmin müsabiqələr nəqliyyat vasitələrinin təmiri, isitmə və soyutma avadanlıqlarının, pilotsuz uçuş aparatlarının, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, boyaların, kimyəvi və üzvi maddələrin, təsərrüfat mallarının, tikinti materiallarının və təmizlik vasitələrinin satın alınması ilə bağlı keçirilib.

Müsabiqələrdə “Rn Strong" MMC, “Skytech International" MMC, “Şərqmotors" MMC, “Bimextech" MMC, “Baku Supply Company" MMC, “Dc Group" MMC, “Tirinova" MMC, “Texnolog" MMC, "Güvən Lux" MMC, "Faber Chemicals" MMC qalib seçiliblər.

İdarənin keçirdiyi satınalma müsabiqələri üzrə müqavilələrin ümumi maliyyə dəyəri isə 1 493 295,98 manat təşkil edib. Müsabiqələrdə qalib gələn şirkətlərinin bir çoxu haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Tarix
2025.11.28 / 18:18
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Kobaxidze ilə təkbətək görüşü... - Foto

Prezidentlərin təkbətək görüşü oldu - Foto

Prezident Tiflisdə belə qarşılandı - Foto

Prezident Tiflisdə Heydər Əliyevin abidəsini ziyarət etdi

Prezident Tiflisdə Qəhrəmanlar Memorialını ziyarət etdi

Prezident və xanımı Gürcüstana getdi

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla