Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
10:46
| Ana səhifə Toplum |
|
Barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında tibbi müayinədən keçirilib.
Axar.az Gününsəsi.info-ya istinadən xəbər verir ki, həkim müayinəsindən keçiriləndən sonra AXCP sədri İstintaq Təcridxanasına, təkadamlıq kameraya yerləşdirilib.
AXCP sədrinin vəkili Aqil Layıc müvəkkilinə qarşı müstəntiq və əməliyyatçıların nəzakətsiz davranışlarını hiss etmədiklərini deyib.
Xatırladaq ki, Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.
|
Tarix
2025.12.02 / 11:08
|
Müəllif
Axar.az
|