Yuxarı

Nöqsanlara görə işdən çıxarılan direktor vəzifəsinə qaytarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nöqsanlara görə işdən çıxarılan direktor vəzifəsinə qaytarıldı

Naxçıvanda məhkəmə məktəb direktorunun vəzifəyə yenidən bərpasını təmin edib.

Axar.az xəbər verir ki, ötən il Şərur rayonu Muğançıq-Mehrab kənd tam orta məktəbinin direktoru Sinduz Cəfərova yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru vəzifədən azad edilib.

Qeyd olunan qərarla razılaşmayan Sinduz Cəfərova Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib.

Naxçıvan Şəhər Məhkəməsi tərəfindən müvafiq əmrin ləğvi, eləcə də Sinduz Cəfərovanın Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpası barədə qətnamə qəbul edilib.

Məhkəmənin qətnaməsinə əsasən, Sinduz Cəfərova Muğancıq-Mehrab kənd tam orta məktəbinə direktor vəzifəsinə bərpa edilib.

Qeyd edək ki, Sinduz Cəfərovanın məktəbə direktor vəzifəsinə bərpa olunmasına etiraz olaraq məktəbin bir qrup müəllimi məktəbdə tədris prosesi zamanı etiraz videosu çəkib. Həmin video bəzi internet kanallarında və sosial şəbəkələrdə paylaşılıb.

Tarix
2025.12.03 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

Prezident Cövdət Yılmazı qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla