Yuxarı

Fəhlələri daşıyan mikroavtobus kanala aşdı: 12 nəfər... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fəhlələri daşıyan mikroavtobus kanala aşdı: 12 nəfər... - Foto

09:30

Yevlax şəhərindən Şəmkirdəki istixanalardan birində işləyən fəhlələri aparan mikroavtobus Keçili kəndi ərazisində idarəetmədən çıxaraq su kanalına aşıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə nəticəsində 10-dan artıq şəxs xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Yevlax rayonundan Şəmkirə fəhlələri aparan və Keçili kəndi ərazisində su kanalına aşan mikroavtobusda 12 nəfər xəsarət alıb.

Həmin şəxslərin adlarını təqdim edirik:

Musayeva Aygün Rövşən qızı (1984)

Hüseynova Aygül Həsən qızı (1958)

Hüseynova Laləzar Göygöz qızı (1965)

Məmmədova Afət Eyyub qızı (1962)

Məmmədova Natella Müzəffər qızı (1966)

Cəfərova Məlahət Cəfər qızı (1965)

Səlimov Elman Rasim oğlu (1994)

Musayeva Nuriyyə Köçəri qızı (1986)

Musayeva Bəsti Köçəri qızı (1956)

Əhmədova Gülnar Ramiz qızı (1987)

Babayeva Mahirə Bayram qızı (1970).

Bundan başqa, Samirə adlı qadının da xəsarət aldığı bildirilir.

Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Avtomobildə olan şəxslərin hamısı Yevlax rayonunun müxtəlif kənd sakinləridir.

Məlumat üçün bildirək ki, "Mersedes" markalı mikroavtobusun qəzaya uğraması hadisəsi Kür-Narınqala avtomobil yolunda qeydə alınıb. Sözügedən ərazi Şəmkirin Keçili kəndinin pay torpaqları və təsərrüatlarına aparan avtomobil yoludur.

İlkin ehtimala görə, hadisə sürücünün dönmə əməliyyatı yerinə yetirdiyi vaxt baş verib.

***

Şəmkirdə avtomobil qəzasında xəsarət alan 12 nəfərdən ikisinin vəziyyəti ağırdır.

Bu barədə TƏBİB-dən bildirilib.

Qurumdan bildirilib ki, xəsarət alanların 11-i qadın və biri kişidir.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Hazırda 10 nəfərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Tarix
2025.12.04 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Kobaxidze ilə təkbətək görüşü... - Foto

Prezidentlərin təkbətək görüşü oldu - Foto

Prezident Tiflisdə belə qarşılandı - Foto

Prezident Tiflisdə Heydər Əliyevin abidəsini ziyarət etdi

Prezident Tiflisdə Qəhrəmanlar Memorialını ziyarət etdi

Prezident və xanımı Gürcüstana getdi

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla