Yuxarı

Kişdə 40 evin təmiri üçün 2,7 milyon manat ayrıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kişdə 40 evin təmiri üçün 2,7 milyon manat ayrıldı

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq işləri mərhələli şəkildə davam etdirilməkdədir.

Axar.az Trend-ə istibnadən xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalı məlumat yayıb.

Bildirilib ki, bu işlərin davamı kimi Xocavənd rayonunun daha bir kəndində evlərin təmirinə başlanılır.

Məlumata əsasən, bu dəfə rayonun Kiş kəndində fərdi yaşayış (40 ev – 7600 m2) evlərinin əsaslı təmir işləri aparılacaq. Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “Fasttech” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 2,656 milyon manat ödənilib.

Beləliklə, bir evin təmiri təqribən 66,4 min manata başa gələcək.

İşlərin həvalə olunduğu MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Şəmsi Şöhlət oğlu Axundovdur.

Tarix
2025.12.04 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla