Yuxarı

Bu deputatların mandatı ləğv ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu deputatların mandatı ləğv ediləcək

Naxçıvan Ali Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik edilib.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən deputatların iclaslarda iştirak qaydaları daha da sərtləşdirilib.

Yeni dəyişikliyə əsasən, deputatın üzrsüz səbəbdən iştirak etmədiyi iclasların sayı 10-dan 5-ə endirilib.

Mövcud qaydaya görə, sədr Ali Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində 10 iclasda üzrsüz səbəbdən iştirak etməyən deputat barəsində İntizam komissiyasına təqdimatla müraciət edir.

Yeni dəyişikliyə əsasən, deputatın mandatının itirilməsi proseduru daha erkən işə düşəcək. Yəni, 5 iclasda üzrsüz səbəbdən iştirak etməyən deputatın mandatı ləğv edilə bilər.

Bunun üçün Ali Məclisin sədri İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə deputat barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Ali Məclisin müzakirəsinə çıxarır. Bu məsələyə Ali Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır.

İclasda iştirak edən Ali Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, İntizam komissiyasının üzvlərinə suallar verə bilər və deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Ali Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Ali Məclisin qərarı azı 23 səs çoxluğu ilə qəbul edilir.

Tarix
2025.12.04 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

İlham Əliyevdən Avropa çempionları ilə bağlı paylaşım

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla