Yuxarı

Qarabağ atları BƏƏ-də şou göstərdi, Nəhyan izlədi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ atları BƏƏ-də şou göstərdi, Nəhyan izlədi - Video

Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan təmsilçilərinin təqdimatı olub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, BƏƏ-nin rəsmi dəvəti ilə mərasimdə DSX süvarilər dəstəsi də iştirak edib.

"Milli rəqs qrupu və orkestrin birgə çıxışı Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirib. Qarabağ atlarının nəcib duruşu, rəqs qrupunun ahəngdar kompozisiyaları və orkestrin canlı ifası tədbirin atmosferinə unudulmaz rəng qatıb. Təntənəli mərasimdə Azərbaycan heyətinin nümayişi böyük maraqla qarşılanmış və tamaşaçılar tərəfindən gurultulu alqışlarla müşayiət olunub. Xüsusilə diqqət çəkən məqamlardan biri — BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın da tədbirdə şəxsi iştirakı olub. Onun çıxışı izləməsi, Azərbaycan mədəniyyətinə göstərdiyi hörmət və sərgilənən proqramı yüksək qiymətləndirməsi bu anı daha da əlamətdar edib. Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, rəqs qrupu və orkestrin birgə çıxışı tədbirin ən yaddaqalan hissələrindən birinə çevrilib.

Abu-Dabidəki bu möhtəşəm çıxış ölkəmizin dünyaya açılan mədəniyyət pəncərəsi olmuş və Qarabağ atlarının, musiqimizin və rəqs sənətimizin beynəlxalq nüfuzuna yeni bir səhifə əlavə edib", - məlumatda bildirilib.

Tarix
2025.12.05 / 11:15
Müəllif
Axar.az
Digər xəbərlər

Zirəddin İranla bağlı dəhşətli proqnoz verdi - Foto

İranın düşdüyü hazırkı vəziyyət... - Sabir Rüstəmxanlı

Bu gün Bakıda mühüm iclas keçiriləcək

Qazaxıstan da Azərbaycana təşəkkür etdi

ABŞ İranı bombalayan B-1-lərin görüntülərini yaydı - Video

Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı

Üzərliklə bağlı daha bir rəsmi xəbərdarlıq

Xameneinin olduğu yerin koordinatlarını kim verib?

İranda müharibə: Azərbaycan heç vaxt olmadığı qədər çalışır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla