Yuxarı

Xankəndi - Ağdam yolu niyə bağlıdır? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndi - Ağdam yolu niyə bağlıdır? – Rəsmi

Xankəndi - Ağdam yoluna hər iki istiqamətində beton plitələr qoyulub. Yolun bəzi hallarda müvəqqəti açıldığı, sonradan yenə bağlanıldığı qeyd olunur. Belə olan halda Ağdamdan Xankəndi və əksinə hərəkət edən şəxslər yararsız yoldan istifadə etmək məcburiyyətində qalırlar.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Teleqraf-a açıqlamasında qeyd edib ki, Xankəndi-Ağdam asfalt yolu hələ sürücülərin istifadəsinə verilmə bilməz.

Qurumun sözçüsünün sözlərinə görə, yolda işlər hələ davam edir, nişanlar quraşdırılmayıb, yol xətləri çəkilməyib:

“Bu işlər icra olunmamış yol açıla bilməz. İnsanlar daha qısa yolla mənzil başına çatmaq istəyirlər, amma orada təhlükəsizlik tədbirləri görülməlidir. Əyri xəttin dəmir tilləri, yol kənarında, yol ayrıcında yol nişanlarının quraşdırılması, üfüqi nişanlama xətlərinin çəkilməsi yəni, bu proses tam yekunlaşandan sonra sürücülərin istifadəsinə verilməsi mümkündür. Təhlükəsizlik tədbirləri görülmədən orada necə gəldi yolu açıb istifadəyə vermək düzgün və mümkün deyil”.

O əlavə edib ki, ərazidə işlər yekunlaşmadığı üçün texnikalar da fəaliyyət göstərir və yol açıq olsa belə, texnikaların hərəkəti təhlükəsizlik baxımından düzgün deyil.

Tarix
2025.12.05 / 15:13
Müəllif
Axar.az
Digər xəbərlər

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla