Yuxarı

THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb...

“THY Anonim Ortaklığı Ana Sözləşməsi” Şirkətinin Azərbaycandakı “Türk Hava Yolları" nümayəndəliyi məhkəməlik olub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, şirkəti sözügedən qurumu əməkdaşı məhkəməyə verib.

Belə ki, iddiaçı gecə vaxtı işlədiyi müddət üçün ödənilməyən 161.300 manat məbləğində əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edib.

O, iddia tələblərini onunla əsaslandırıb ki, 2011-ci ildə THY-nin Bakı nümayəndəliyinə satış təmsilçisi vəzifəsinə işə qəbul olunub və 12 il qeyd edilən vəzifədə işləyib.

İddiaçı bildirib ki, onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinin 4.18-ci maddəsinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Həmin müqavilənin 4.19 və 4.20-cimaddələrinə əsasən iş vaxtı 09:00 başlanır, saat 18:00 qurtarır. Nahar vaxtı saat 13:00-dan saat 14:00-dəkdir. İddiaçı qeyd edir ki, əmək müqaviləsində qanuna uyğun olaraq iş vaxtı müəyyənləşsə də, işlədiyi müəssisənin rəhbərinin təzyiqi ilə onun əməyi istismar edilib, onu iş vaxtından artıq, gecə saatlarında məcburi işə çıxardıb.

“Hər dəfə etiraz etdikdə gecə işlədiyim üçün əmək haqqı verəcəklərini, razı olmadığım halda isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmaqla hədələdilər. Başqa gəlir yerim olmadığı üçün məcbur qalıb işlədim. Artıq iddia etirazlarını görüb, baş ofisə çağıraraq təzyiq altında ərizə yazdırıb işdən azad etdilər”, – iddiaçı bildirib.

Xətai Rayon Məhkəməsi iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin, şahidin və ekspertin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edib ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qərara əsasən, THY-nin Bakı nümayəndəliyi keçmiş işçisinə 5691,22 manat ödəməlidir.

Qeyd edək ki, THY-nin Bakı nümayəndəliyinin rəhbəri Hamid Eldeleklioğludur.

Tarix
2025.12.15 / 17:58
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla