Yuxarı

Metroda nələr dəyişib? - Rəsmi göstəricilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda nələr dəyişib? - Rəsmi göstəricilər

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, 2021-ci ilin yanvar–sentyabr aylarında metro vasitəsilə daşınan sərnişinlərin sayı 38,9 milyon nəfər təşkil edib. 2022-ci ildə isə bu göstərici kəskin artaraq 276,7 faiz və ya 107,8 milyon nəfər yüksəlib və 146,7 milyon nəfərə çatıb.

Axar.az MTM-in yaydığı məlumata istinadən xəbər verir ki, son beş ilin yanvar–sentyabr ayları üzrə metrodan istifadə edən sərnişinlərin sayında qeydə alınan bu pik göstərici, əsasən, xüsusi karantin rejimi ilə bağlı metroda sərnişindaşıma fəaliyyətinə tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması ilə izah olunur.

2023-cü ilin yanvar–sentyabr aylarında metrodan istifadə edənlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz və ya 10,1 milyon nəfər artıb və 156,8 milyon nəfər təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu göstərici 6,3 faiz və ya 9,8 milyon nəfər artaraq 166,6 milyon nəfərə yüksəlib.

Qeyd edək ki, təhlil olunan dövrdə 2025-ci ilin yanvar–sentyabr ayları azalma ilə yadda qalıb. Belə ki, bu dövrdə metrodan istifadə edən sərnişinlərin sayı 162,6 milyon nəfər olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz və ya 4 milyon nəfər azalma deməkdir. Azalmanın əsas səbəbləri kimi avtobus marşrutlarının sayının artırılması və yenilənməsi, eləcə də şəxsi avtomobillərin sayının artması göstərilə bilər.

Tarix
2025.12.15 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla