Yuxarı

Yanan binanın sakinlərinə təzminat ayrıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanan binanın sakinlərinə təzminat ayrıldı

Paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 19A ünvanında yanğın baş vermiş çoxmərtəbəli yaşayış binasında bərpa işləri davam etdirilir.

Axar.az xəbər verir ki, bina sakini, jurnalist Heydər Mirzənin yaydığı məlumata görə, sakinlərə təzminat da ayrılıb.

"Sabahdan etibarən 11-ci mərtəbədən 17-ci mərtəbəyə qədər olan hissəyə elektrik enerjisinin verilməsi nəzərdə tutulub. Su təchizatı isə artıq bir həftədir ki, bərpa olunub. Nazirlər Kabinetinin 3 dekabr tarixli sərəncamı ilə ayrılan təzminatın məbləği müvafiq bank hesabına köçürülüb", - o bildirib.

H.Mirzə qeyd edib ki, 96 nəfər kompensasiya alacaq:

"Hazırda binanın kommunal təminatı bərpa edilsə də, maddi baxımdan ən ciddi və təcili məsələ liftlərin işə salınmasıdır. Liftin işləməməsi yuxarı mərtəbələrdə yaşayan sakinlərin evlərinə qayıtması və normal həyata davam etməsi üçün ciddi maneə yaradır. Binaya dəyən ümumi zərərin hesablanmasını əks etdirən akt lisenziyalı şirkət tərəfindən artıq tərtib olunub. Sənəd Baş Prokurorluğa və zərərçəkənlərin vəkillərinə təqdim edilib".

Qeyd edək ki, sözügedən yanğın 21 noyabr 2025-ci ildə baş verib. Yanğın nəticəsində 3 nəfər ölüb.

Tarix
2025.12.15 / 19:44
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla