Yuxarı

18 yaşadək işçilərlə bağlı yenilik – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
18 yaşadək işçilərlə bağlı yenilik – Rəsmi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib.

Axar.az xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmək məzuniyyətinin qanunvericilikdə nəzərdə tutulan müddətdən (16 yaşınadək işçilər üçün 42 təqvim günündən, 16 yaşdan 18 yaşadək işçilər üçün isə 35 təqvim günündən) az daxil edilməsi texniki baxımdan mümkün olmur.

Eyni zamanda, iş vaxtının müddətinin qanunvericilikdə nəzərdə tutulan müddətdən (16 yaşınadək işçilər üçün həftə ərzində 24 saatdan, 16-18 yaş arası işçilər üçün isə 36 saatdan) artıq daxil edilməsi sistem tərəfindən məhdudlaşdırılıb.

Bu yenilik 16 yaşdan 18 yaşadək işçilərlə əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulmasına, ƏMAS-da məlumatların düzgün formalaşdırılmasına xidmət edir.

Həmçinin ƏMAS-a daha bir funkisonallıq əlavə edilməklə, işçilərə bu e-sistem üzərindən real vaxt rejimində əsas iş yerləri ilə yanaşı, artıq əlavə iş yerləri barədə də arayışları əldə edə bilmək imkanı yaradılıb.

Tarix
2025.12.16 / 11:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

MM-dən bəyanat: Korsika xalqının əzmi, qətiyyəti...

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla