Yuxarı

Bakı məktəblərində işə qəbul olmaq istəyənlərin nəzərinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı məktəblərində işə qəbul olmaq istəyənlərin nəzərinə!

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxanaçı, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin növbəti müsahibə mərhələsinin vaxtı açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə təhsil idarəsi məlumat yayıb.

Bildirilib ki, müsahibələrə 17 dekabr 2025-ci il tarixindən start veriləcək.

Belə ki, qeyd edilən vəzifələr üzrə müsabiqənin test imtahanı mərhələsindən 30-34 aralığında bal toplayan namizədlərə müsahibənin vaxtı və məkan haqqında məlumat SMS vasitəsilə göndərilib.

Müsahibə zamanı namizədlərin bilikləri və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən qiymətləndiriləcək.

Müsahibənin nəticələri barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.

Tarix
2025.12.16 / 12:45
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla