Yuxarı

Azərbaycan və Slovakiya arasında aviasiya əməkdaşlığı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və Slovakiya arasında aviasiya əməkdaşlığı...

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) QSC-nin prezidenti Samir Rzayev Slovakiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımovla görüşüb. Görüş zamanı Azərbaycan ilə Slovakiya arasında aviasiya əlaqələrinin inkişaf perspektivləri və mülki aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Görüşdə əsas diqqət iki ölkə arasında səyahət edən sərnişinlər üçün yeni imkanların yaradılmasına və nəqliyyat əlçatanlığının artırılmasına yönəldilib. Bu çərçivədə bildirilib ki, daha əvvəl AZAL rəhbərliyi ilə “Wizz Air” aviaşirkəti arasında keçirilən işgüzar görüş nəticəsində Bakı–Bratislava–Bakı marşrutu perspektivli istiqamət kimi nəzərdən keçirilib və təsdiqlənib. Sözügedən marşrut üzrə reyslərin Heydər Əliyev Beynəlxalq Aeroportundan gələn ildən etibarən “Wizz Air” aviaşirkəti tərəfindən icrası planlaşdırılır.

AZAL-ın prezidenti bildirib ki, Bakı – Bratislava marşrutunun açılması turizm, biznes və humanitar əlaqələrin inkişafına töhfə verəcək, eyni zamanda sərnişinlər üçün daha geniş istiqamət seçimi və rahat uçuş imkanları yaradacaq.

Öz növbəsində səfir Elçin Qasımov Slovakiya tərəfinin birbaşa aviareysin açılmasında maraqlı olduğunu vurğulayaraq Bratislava şəhərindən “Wizz Air” aviaşirkətinin 30-dan artıq istiqamət üzrə geniş marşrut şəbəkəsinə malik olduğunu, həmçinin Slovakiyada 5 mindən çox Azərbaycan vətəndaşının yaşadığını diqqətə çatdırıb.

Son illər ərzində AZAL-ın marşrut şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənərək Avropa, Asiya, Mərkəzi Asiya və Körfəz regionu üzrə əvvəlki 25 istiqamətdən 40-a yaxın istiqamətə çatması və hava limanının aviasiya şəbəkəsində mühüm mövqeyə malik olması görüş zamanı müzakirə olunub. Paralel olaraq aviaşirkət parkın mərhələli şəkildə yenilənmə prosesini davam etdirir, müasir və yanacağa qənaətcil “Airbus” və “Boeing” təyyarələri ilə donanmasını gücləndirir ki, bu da əməliyyat səmərəliliyinin və sərnişinlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Tarix
2025.12.16 / 18:24
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla